“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir.
Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...