DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

09:03 08-12-2020 | icon 1857
DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.

A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN

B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva

D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan

E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya

F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova

G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq

H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta

I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino

J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.


Digər xəbərlər

0.28684997558594