Ərdoğan Zəfər paradında Vahabzadənin şeirini dedi - Video

01:33 11-12-2020 | icon 2352
Ərdoğan Zəfər paradında Vahabzadənin şeirini dedi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bugünkü Zəfər paradında çıxış edərək Prezident İlham Əliyevi, Azərbaycan Ordusunun mənsublarını salamlayıb.

Ərdoğan Azərbaycanın 44 gün davam edən mübarizəsində şəhid olanlara Allahdan rəhmət diləyib:

“Qazilərimizə şəfalar diləyirəm. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun üzvlərini dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm”, -deyə Türkiyə Prezidenti bildirib.

 

 

Digər xəbərlər

0.25675892829895