Ərdoğandan Əliyev və Putinlə razılaşmaları ilə bağlı açıqlama
“Cənab Putin buna müsbət yanaşır. Aramızdakı telefon danışığında mənim qənaətimin necə olacağını soruşdu. Mən də “Cənab İlham Əliyev buna müsbət yanaşdıqdan sonra mənim üçün müsbət yanaşmaq vacibdir”, - deyə bildirdim”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri sonrası bir jurnalistin “6’lı platformadan bəhs etdiniz. Cənab Əliyevin təklifi idi. Siz də dəstəkləyən mesajlar verdiniz. Sizin Ermənistana da çağırışınız var. Rusiyanın bu məsələyə münasibəti necədir? Cənab Putinlə danışmısınız?” sualını cavablandırarkən bildirib.
“Hətta burada Gürcüstan da gündəmə gəldi. “Gəlin bu işi reallaşdıraq”, - dedik. Mətbuat konfransında dediyim kimi, “Ermənistan bu prosesi müsbət istiqamətdə inkişaf etdirərsə, Ermənistana bağlı qapılarımızı açacağıq. Çünki bizim yeganə istəyimiz, xüsusən də xalqlar arasında regional sülhü dəstəkləməkdir. Burada da regional sülh haqqında düşünürüksə, bunu gündəmə gətiririksə və bu altılı platforma bununla nəticələnəcəksə, vəzifəmiz də bu qapıları açmaq olacaq. Türkiyə bu dəyərlərə çatmış bir ölkədir. Bu, bizim siyasət anlayışımızda onsuz da mövcuddur”.
Cənab Putin bundan çox məmnun qaldı. Qardaşım İlham Əliyev “Siz nə desəniz, mən də ona uyğun hərəkət edəcəyəm” dedi. Bu şəkildə razılaşdıq”.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...