Azərbaycan polisinə “Pikap” tipli avtomobillər verildi

18:54 12-12-2020 | icon 1898
Azərbaycan polisinə “Pikap” tipli avtomobillər verildi

İşğaldan azad edilən ərazilərdə xidmət aparan Azərbaycan polisinin təminatı və təchizatı gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, rəhbərliyin göstərişi ilə işğaldan azad edilən rayonlarda çətin və şərəfli xidmətlərini uğurla davam etdirən polis şöbələrinin əməkdaşlarına fəaliyyətlərini daha da səmərəli təşkil etmələri üçün yeni xidməti avtomobillər – ABŞ istehsalı olan “Ford” lar təhkim olunub.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin polis orqanlarının istifadəsində olan “Ford” markalı bu avtomobillər yüksək manevr və keçid qabiliyyətinə, eləcə də müasir mobil təchizatına malikdir.

 

Digər xəbərlər

0.23105502128601