Günün ulduz falı: 15 dekabr, 2020 - emosional fon əlverişli deyil
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Qıcıqlanmağınıza və stress durumuna düşməyinizə heç bir səbəb yoxdur. Günün ikinci yarısında maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəyindən artıq pul xərcləməyin.
Buğa - Gəlirlər çox azdır. Köç və alış-veriş üçün əlverişli zaman deyil. İstənilən təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Təklifin mənfi və müsbət yönlərini dəyərləndirin.
Əkizlər - Mənfi təmayüllərin təsiri güclü olsa da, bədbinliyə qapılmayın, ruhdan düşməyin. Əvvəllər başladığınız işi mütləq başa vurun.
Xərçəng - Problemlərin istisnasız olaraq hamısının səbəbkarının özünüz olduğunu düşünməyin. Əhvalınızı yüksəltmək üçün mütləq şəkildə səbəb və vasitə tapın.
Şir - Nikbin olmalısınız ki, ağır işlərin öhdəsindən gələ biləsiniz. Tənha qaldığınızı düşünməyin, spontan və impulsiv addım atmayın. Yaşamınızda ciddi dəyişikliklərin ərəfəsidir. Hadisələrin axarını süni şəkildə dəyişməyə çalışmayın.
Qız - Müqavilə, anlaşma, yeni sifarişin qəbulu və ya layihə üçün əlverişli gün deyil. Küçədə ehtiyatlı olun. Qiymətli əşyanın itirilməsi, oğurluq ehtimalı var.
Tərəzi - Günün emosional fonu əlverişli deyil. Ən adi hadisələri bədbin məcrada görürsünüz.
Əqrəb - Yaxınlarınızla mübahisə etməyin, ailədə münaqişə yaratmayın. Yaxınlarınızdan tam anlayış gözləyir, amma özünüz yalnız fərdi mövqeyinizin absolyut həqiqət olduğunu düşünürsünüz.
Oxatan - Dövlət qurumlarının nümayəndələri ilə təmaslar, məmurlarla ünsiyyət məsləhət deyil. Axşam saatlarında normal istirahətə vaxt tapın.
Oğlaq - Əntiqə gündür, narahatlıq, təlaş üçün heç bir ciddi səbəb yoxdur. Başqasının əhvalına həddən ziyadə həssas olmayın. Belədə energetik vampirin qurbanına çevrilməklə yanaşı, bədxahın əlində oyuncağa çevrilə bilərsiniz.
Dolça - Təmasları məhdudlaşdırın. Günün ikinci yarısında ev işlərini yada salın.
Balıqlar - Dəvət aldığınız yerə qatılın. Kiçik səfərlər pis olmaycaaq. Yolda xoş tanışlıq istsina deyil. Axşam saatları alış-veriş üçün münasibdir.(milli.az)
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...