Azərbaycan güləşçisi Fərdi Dünya Kubokunda bürünc medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Serbiyanın paytaxtı Belqradda davam edən Fərdi Dünya Kubokunda bürünc medal görüşünə çıxıb.
130 kq-da mübarizə aparan idmançı polşalı Rafal Krayevski ilə qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Kandelaki Azərbaycan yığmasına növbəti medalı qazandırıb.
63 kq çəki dərəcəsində Taleh Məmmədov Qırğızıstan təmsilçisi Kali Süleymanova 6:7 hesabı ilə uduzaraq, bürünc medal şansını əldən verib.
Qadınların mübarizəsində isə Tatyana Omelçenko 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya məğlub olmaqla, turnirdəki çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...