"ADY Express" ixrac rejimində polipropilen yüklərin nəqlini davam etdirir

06:01 16-12-2020 | icon 2310

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Express” MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen məhsulunun ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir.

Bu barədə “ADY Express”dən bildirilib.

Məlumata görə, yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstana nəql edilir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yolu 6 günə qət edir. Marşrut boyu daşımanı "ADY Express" həyata keçirir.

"2020-ci ilin avqust ayında test rejimində bu yüklərin ilk partiyasının nəqli zamanı, qeyd olunan marşrut effektivliyini göstərib. Uğurla keçən test daşıma, layihənin davamlı olacağına əminlik yaratmışdır. Artıq bu marşrutla "ADY Express" 1 354 ton polipropilen yükünü Qazaxıstana çatdırmağa müvəffəq olub. Prosses davam etdirilir", - açıqlamada qeyd olunub.

 

Digər xəbərlər

0.29510498046875