“Azercell” 10 min manat cərimələndi
“Azercell Telecom” MMC inzibati qaydada 10 min manat cərimə edilib.
Şirkət ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.
Nərimanov Rayon Məhkəməsi “Azercell Telecom”u İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə təqsirli bilərək, 10 000 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.
Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...