“YAŞAT” fonduna Mobil Şöbə ilə ianə etmək mümkün oldu
Bildiyiniz kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün, Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı.
Hər zaman olduğu kimi dövlətimizin yanında olduğunu bəyan edən Bank Respiblika “YAŞAT” Fonduna 200 000 manat məbləğində vəsaiti köçürməyi özunə borc bildi.
Bununla yanaşı, Bank fonda dəstək olmaq istəyən müştəriləri üçün də imkan yaratdı. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla “YAŞAT” Fonduna köçürə biləcəklər. Köçürmə əməliyyatını ödəniş kartı və ya bank hesabı üzərindən yerinə yetirmək olar.
Koronavirus infeksiyasının yayılması ilə əlaqədar, sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu məqsədlə Bank, fiziki şəxslər üçün – “Mobil Şöbə” və “İnternet Şöbə”, eləcə də hüquqi şəxslər üçün “İnternet Ofis” kimi bir sıra imkanlar təklif edir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...