Azərbaycanda icra başçısı dəli olub
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü”nün iddia olunması barədə məlumat vermişdik. Qeyd etmişdik ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, icra başçısının oğlu Nazim Quluzadə İkinci Qarabağ müharibəsi zamanı ermənilərə “girov” düşüb.
Lakin araşdırmamız nəticəsində məlum oldu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak etməyib. Onun paytaxtda yerləşən “elit” hərbi hissələrin birində xidmət etdiyi bildirilir. Təbii ki, əgər buna “xidmət” demək olarsa…
Dəyərli oxucularımıza da məlumat verdiyimiz kimi, məsələ ilə bağlı Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyevlə əlaqə saxladıq. O, əməkdaşımızın suallarına aqressiv və kobud cavab verib:
– Salam, Məhərrəm müəllim.
– Salam.
– Sizi “Hürriyyət” qəzetindən narahat edirik. Mediada yayılan xəbərlərə görə, oğlunuz Nazim Quluzadə ermənilər tərəfindən girov götürülüb. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur?
– Bu xəbəri yayan p…yeyir, dədəbədədəsinin ağzıyla…
Növbəti sualımıza keçid etmək istəsək də, cənab Quliyev telefonu üzümüzə söndürməklə kifayətləndi.
Görünür ki, "icrabaşı" ya dəli olub, ya da danışığını itirdiyindən jurnalistlə belə öz əxlaqına uyğun danışıb.(Hurriyyet)
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...