Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - Foto
Koronaviruslu xəstələrə pulsuz verilməli olan dərman paketinin apteklərdə satışa çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bu barədə tanınmış həkim Qalib Əsədov öz feysbuk səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, həmin paketlər apteklərdə 53 manata satılır. İçərisində TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin loqosu olan içlik vərəqində paketə vitamin C, D, maqnezium, sink, L-selenometionim və hərarətsalıcı parasetamol həbinin daxil olduğu qeyd olunub.
Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi ilə əlaqə saxladıq. Şöbənin əməkdaşı Elnarə Baxış bildirdi ki, həmin paketlər TƏBİB-ə məxsus deyil. Üzərində “COVİD-19” yazılan dərman paketləri kimlərinsə şəxsi təşəbbüsü ilə hazırlanıb, satışa buraxılıb və üzərində rəsmi qurumların adı qeyd olunmayıb:
“TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə məxsus olan paketlər regionlarda xəstələrə pulsuz paylanılır. Bu paketlər isə TƏBİB-ə aid deyil, onların üzərində TƏBİB-ə aid heç bir loqo yoxdur. TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərin hər iki tərəfinin üzərində TƏBİB-in loqosu var. Amma sosial şəbəkələrdə paylaşılan dərman paketlərinin üzəri hansısa aptek tərəfindən dizayn olunub”.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...