Gələn il Azərbaycanın dövlət büdcəsi 29 milyard manata yaxın olacaq

22:14 22-12-2020 | icon 2868
Gələn il Azərbaycanın dövlət büdcəsi 29 milyard manata yaxın olacaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25,427 milyard manat məbləğində proqnozlaşdırılır.

 

Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 5,4% çoxdur.

Gəlirlərin 54,2%-i və yaxud 13,776 milyard manatı neft sektorunun, 45,8%-i və yaxud 11,651 milyard manatı isə qeyri-neft sektorunun payına düşməlidir.

Gələn il büdcə xərcləri isə 28,543 milyard manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 3,8% çoxdur.

Xərclərin 18,014 milyard manatı və yaxud 63,1%-ni cari xərclər, 8,33 milyard manatını və yaxud 29,2%-ni əsaslı xərclər, 2,199 milyard manatını və yaxud 7,7%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil etməlidir.

Beləliklə, büdcə kəsri 3,116 milyard manat məbləğində gözlənilir. Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.

 

Digər xəbərlər

0.27178406715393