Xalq artisti koronavirusdan vəfat edib
Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Sabir Əliyev vəfat edib.
O, 72 yaşında dünyasını dəyişib.
S.Əliyev bir neçə gün öncə COVID-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan oub.
1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.
Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar - “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) rolları yaradıb.
S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib.
S.Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...