Günün ulduz falı: 23 dekabr, 2020 - səhhətinizlə rasionunuza fikir verin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.
Buğa - yarısında işlərinizi başqalarına etibar və həvalə etməyin. Başladığınız işləri yarımçıq qoymayın, prosesləri diqqət mərkəzində saxlayın.
Əkizlər - səhhətinizə fikir verin. Bədxahlarınızın zərərli təsirlərinin dağıdıcı səciyyə almasına imkan verməyin. Nüfuz və simanızı qoruyun. Kiminsə böhtanı sizə ağır zərbə vura bilər.
Xərçəng - münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın. Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın. Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.
Şir - ən yaxın insanlarınızla ünsiyyətdə problemlər yarana bilər. İstədiyinizi dərhal əldə etmək istəyirsiniz və bu, mümkün olmayanda ətrafınızdakı insanları suçlamayın.
Qız - yeni işə başlasanız, onu maraqla və ciddi şəkildə yerinə yetirəcək, çox parlaq şəkildə başa vuracaqsınız. Gəlirləri artırmaq, səylərinizin və əldə olunan nəticənin etirafı imkanları yaranır.
Tərəzi - düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.
Əqrəb - səhhətinizlə rasionunuza fikir verin. Həzm prosesində problemlər yarana bilər.
Oxatan - ailədə yaranmış problemi həll etməyə çalışın. Şəxsi istəklər və planlarınızı ümumi mənafeyə qurban verməli olacaqsınız. Alış-veriş üçün əlverişli zaman deyil. Gərəksiz, ehtiyac duyulmayan əşya almayın. Bədxərclik etməyin.
Oğlaq - emosiyaların təsiri altında sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Az sonra yaşamınızda problemlərə rəvac ola biləcək düşünülməmiş addımlar atmayın.
Dolça - problemlərinizlə qayğılarınızı yaxınlarınızla bölüşməkdən çəkinməyin. Yardıma ehtiyacınız olan vaxtda kömək ala bilərsiniz. İşdə həmkarlarınız və rəhbərliklə münasibətlərdə sərinləşmə ola bilər.
Balıqlar - gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır. Çətin, malik olduğunuzdan artıq bilik və təcrübə tələb edən işlərlə qarşılaşacaqsınız. Şəxsi münasibətlər zəminində dəyişikliklər ola bilər.(milli.az)
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...