Rövnəq Abdullayev: "2020-ci il xalqımız üçün zəfər ili oldu"
“Vətən müharibəsində qazandığımız zəfər münasibətilə hər birinizi təbrik edir, başda cənab Ali Baş Komandan olmaqla bu zəfərin qazanılmasında xidməti olmuş hər kəsə təşəkkür edir, yaralılarımıza şəfa arzulayıram".
Bu fikirləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasında deyib.
O bildirib ki, bu gün, eyni zamanda, Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür: "AFFA İcraiyyə Komitəsinin adından cənab Prezidenti təbrik edirik".
Abdullayev iclasda səmərəli müzakirələr aparıldığını və müvafiq qərarların qəbul olunduğunu vurğulayıb: "Hər birinizə iclasda iştirakınıza görə təşəkkür edirəm. Bu il üçün İcraiyyə Komitəsinin sonuncu iclası idi. Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun. Hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, bu pandemiya günlərində sağlam olmağınızı, cansağlığı arzulayıram”!
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...