Heydər Əliyev Fondunun müşaviri təltif edilib
Əməkdar incəsənət xadimi, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Məmmədov Emin Səlhab oğlu Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
Qeyd edək ki, E.Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
E.Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...