Prezident FHN-in əməkdaşlarını təltif etdi

02:25 01-01-2021 | icon 2415
Prezident FHN-in əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim”

Əliyev Kamal Namiq oğlu – tibb xidməti polkovniki

Aslanov Fikrət Əhəd oğlu

“Əməkdar mühəndis”

Abdullayev Elmidar Cümşüd oğlu

Ağamirzəyev Ruslan Çoban oğlu

Ələsgərov Səyyad Əlməhəmməd oğlu

Qarayev Sahib Aslan oğlu

Quliyev İbrahim Sadıq oğlu.


Digər xəbərlər

0.2578718662262