Bakı Media Mərkəzi “Hər şey yaxşı olacaq!” adlı videoçarx hazırlayıb
Bakı Media Mərkəzi 2020-ci ilin yekunlarına həsr olunan “Hər şey yaxşı olacaq!” adlı təsirli videoçarx hazırlayıb.
Mərkəzdən verilən məlumata görə, baş verən hadisələrə görə həm dünya, həm də Azərbaycan üçün “Əsrə bərabər il” sayıla biləcək 2020-ci il xalqımız üçün milli birlik, böyük Qələbənin qazanıldığı, Qarabağ həsrətinin bitdiyi il oldu.
Bu ilə öz damğasını vuran, dünyanı bürüyən pandemiya da Azərbaycandan yan keçmədi. Ölkəmiz bu gözəgörünməz düşmənlə də mübarizə apardı. Öz vətəndaşlarını virusdan, onun vura biləcəyi zərərdən maksimum qorumağa çalışdı.
2020-ci ildə biz gücümüzə, qayğıya, yardımsevərliyə, dostluğa, doğruya və ədalətə inandıq. Məhz bu inam bizi zəfərlərə aparan işıqlı yol oldu. İndi də inanırıq və əminik ki, sonda mütləq hər şey yaxşı olacaq.
Bakı Media Mərkəzi olaraq, xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran Müzəffər Ali Baş Komandanımıza və onun rəhbərlik etdiyi rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayırıq. Yeni ildə də həmrəy olaq və 2021-ci il bizə qələbələr, gözəl, sevincli günlər bəxş etsin.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...