"Milan" "Yuventus"a uduzdu

02:16 07-01-2021 | icon 2055

İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Milan" və "Yuventus" komandaları arasında keçirilib.

"San Siro" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Turin təmsilçisinin ilk 2 qolunu 18-ci və 62-ci dəqiqədə Federiko Kyeza, sonuncusunu 76-cı dəqiqədə Ueston Makkenni vurub. Meydan sahiblərindən isə 41-ci dəqiqədə Davide Kalabriya fərqlənib.

Məğlubiyyətə baxmayaraq, "Milan" 37 xalla liderliyini davam etdirir. Xalını 30-a çatdıran "Yuventus" isə 4-cü pilləyə yüksəlib.


Digər xəbərlər

0.23214793205261