“Brent” markalı neft 55 dollarlıq həddi keçdi
Bu gün dünya bazarlarında neftə tələbatın artması ilə bağlı ümidlərin təsirilə qiymətlər artıb, “Brent” markalı neft də ötən ilin 26 fevral tarixindən bu yana ilk dəfə 55 dollarlıq həddi keçib.
“Brent” markalı neftin mart fyuçersləri 1,43 faiz bahalaşaraq 55,16 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,18 faiz bahalaşaraq 51,43 dollardan satılıb.
Hazırda görülən dəstək tədbirləri nəticəsində iqtisadiyyatın dirçəlməsi, bununla da neftə tələbatın artacağına dair bazarda gözləntilər artıb. Bununla yanaşı, yanvarın 5-də OPEC+ Nazirlər Monitorinq Komitəsi tərəfindən cari hasilat səviyyəsinin fevral və mart aylarında saxlanması, yalnız Rusiya və Qazaxıstanın hasilatı artıracağı barədə qərar verilməsi də neft bazarına təkan verib.
Bununla belə “Fujitomi Co.”nun eksperti Kazuhiko Saito “Reuters”ə bildirib ki, koronavirusa qarşı məhdudlaşdırıcı tədbirlərin artması nəticəsində yanacağa tələbatın səngiməsi bazardakı artımı əngəlləyə bilər.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...