Azərbaycan nefti bahalaşır

17:43 09-01-2021 | icon 1931
Azərbaycan nefti bahalaşır

Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti bahalaşıb.

Azərbaycan neftinin 1 barrelə olan qiyməti 0,68% bahalaşaraq 57,92 dollar təşkil edib.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.


Digər xəbərlər

0.2170729637146