Füzuli rayonunda şəhidlərin xatirəsinə abidə kompleksi açıldı - Foto
Yanvarın 7-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin təşəbbüsü və birgə dəstəyi ilə Birinci Qarabağ müharibəsində və Vətən Müharibəsində iştirak etmiş, Böyük Bəhmənli kəndindən olan 38 nəfər şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş "Bulaq" abidə kompleksinin açılışı olub.
Açılışda rayon İcra Hakimiyyətinin başçısı, pandemiya şəraitinin tələblərinə uyğun olaraq Böyük Bəhmənli kəndinin ziyalılarından və ağsaqqallardan bir qrup və şəhid ailələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən "Bulaq" abidə kompleksinin önünə əklil qoyulub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Alı Alıyev şəhid ailələri ilə söhbət edib: “Şəhid ailələri və qazilər Prezident-Ali Baş Komandan İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Problemlərin həlli üçün müvafiq dövlət qurumlarına aidiyyəti tapşırıqlar verilib”.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq şəhid ailələrini növbəli şəkildə dinləyən rayon rəhbəri onları narahat edən məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...