Bakıda keçirilməli olan Dünya Kobuku ləğv olundu
13-14 fevral 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar xəbər yayıb.
Qeyd edək ki, 4-7 mart 2021-ci tarixlərində paytaxtımızda İdman gimnastikası üzrə Dünya Kuboku, Bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21-23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11-14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...