Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.
Eyni zamanda, görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.
Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.
Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...