Azərbaycanda bu il də "Formula 1" yarışı keçirilməyə bilər
"Formula 1" üzrə builki Azərbaycan Qran-prisi də baş tutmaya bilər.
Trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı 7 həftə vaxt lazımdır, üstəlik ölkəyə xaricdən işçilər gəlməlidir. Lakin səyahət məhdudiyyətləri və ya karantinlə bağlı öhdəliklər işləri çətinləşdirir.
Azərbaycandakı yarışdan başqa Monako və Kanada Qran-prilərinin də taleyi bəlli deyil. Monako mərhələsi mayın 23-də olmalıdır. Yekun qərarın fevralın sonlarında veriləcəyi gözlənilir. Bu üç Qran-pridən birinin ləğvi Türkiyədə "Formula 1" yarışının keçirilməsi üçün zəmin yarada bilər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva "Report"a açıqlamasında onlarda belə rəsmi məlumatın olmadığını bildirib. Bununla yanaşı o, əlavə edib ki, yarışla bağlı hazırlığa başlanılmayıb. Quliyevanın sözlərinə görə, hazırlıq işlərinə karantindən sonra start veriləcək: "Formula-1" təqvimi açıqlayıb və elan olunub ki, Azərbaycan Qran-prisinin keçirilməsi planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Kanadadakı yarış isə 11-13 iyuna təyin edilib. 2020-ci ildə Azərbaycandakı yarış koronavirusa görə ləğv edilib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...