Ronaldu futbol tarixinin bombardiri oldu

23:09 21-01-2021 | icon 3234
Ronaldu futbol tarixinin bombardiri oldu

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu qol sayında mütləq rekordçuya çevrilib.

Portuqaliyalı hücumçu buna "Napoli" ilə İtaliya Super Kuboku matçında nail olub. 64-cü dəqiqədə fərqlənən 36 yaşlı forvard karyerasında 760-cı qolu vurub. Bununla da Ronaldu çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl əfsanəvi Pelenin rekordunu keçib. Braziliyalı forvard 812 rəsmi matçda 757 qol vurub.

 

Digər xəbərlər

0.24049806594849