Zaqatalanı kim idarə edir? - Xəqani Məmmədov özünü icra başçısı kimi aparır

01:30 25-01-2021 | icon 3012
Zaqatalanı kim idarə edir? - Xəqani Məmmədov özünü icra başçısı kimi aparır

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin köməkçisi Xəqani Hüseynoviç Məmmədovla bağlı redaksiyamıza olcuqca ilgin məlumatlar daxil olub. Belə ki, Xəqani Məmmədovun icra başçısının köməkçisi olmasına baxmayaraq, özünü rayonun əsas söz sahibi kimi apardığını iddia edən mənbənin bölüşdüyü informasiyada deyilir ki, o, hətta bəzi məqamlarda Mübariz Əhmədzadənin belə, göstərişlərinə məhəl qoymur.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin yol verdiyi neqativ halların, çoxsaylı nöqsanların rayon sakinlərinin, yerli sahibkarların, iş adamlarının, o cümlədən fermerlərin haqlı narazılığına səbəb olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Xəqani Məmmədovun əhali ilə icra başçısı arasında qurduğu "çin səddi", yaratdığı vəziyyət insanları təngə gətirib.

Deyilənlərə görə, Mübariz Əhmədzadə 2009-cu ildə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunsa da, son zamanlar rayonu köməkçisi Xəqani Məmmədova həvalə etdiyinə dair bir sıra informasiyalar dolaşmaqdadır. Belə ki, onun köməkçisinin bəzi əməlləri tamam başqa mətləblərdən xəbər verir. Qeyd olunur ki, icra başçısının köməkçisi  rayonda «at oynadır», ürəyi istədiyi kimi hərəkət edir. Bildirilir ki, o, vətəndaşlarla ümumiyyətlə davranmaq qaydalarını belə bilmir. 

Bu arada, Zaqatala icra başçısının rayonda həyata keçirdiyi bəzi məsələlərin əsas icraçısı kimi məhz köməkçisi Xəqani Məmmədovun adının çəkildiyini bildirən mənbə iddia edir ki, Mübariz Əhmədzadə bu gün fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb.

Bunun səbəbləri kifayət qədərdir. Hər halda ölkənin əksər bölgələrində müşahidə edilən dinamik inkişafın fonunda Zaqatala rayonunun hələ də problemlər girdabında çabalaması özü-özlüyündə artıq ən böyük faktdır.

Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair ittihamların çox olması kimi məqamlar, hazırda Zaqatala Rayon İcra Hakimiyyətinin fəaliyyətini səciyyələndirən əsas amillərə çevrilib.

Bildirilir ki, icra başçısının köməkçisi hər ay rayondakı idarə, təşkilat və müəssisə rəhbərliyilə görüş keçirir və onların «təşəkkür»lərini qəbul edir. İcra başçısının bu məsələdən xəbərdar olub-olmadığını deyə bilməsəm də, görünən odur ki, bu gün Xəqani Məmmədov özünü icra başçısının köməkçisi kimi yox, elə məhz icra başçısı kimi apırır. Bu səbəbdən də artıq Zaqatalanın icra başçısının kim olduğuna dair müəyyən şübhələr yaranır.

Ümumiyyətlə, bu gün Xəqani Məmmədovun Zaqatala rayonu ərazisində çoxlu sayda obyekti və digər biznes strukturları var. 


Digər xəbərlər

0.27226090431213