İcra hakimiyyətindən oğurluq olunması xəbəri ilə bağlı - AÇIQLAMA

19:39 25-01-2021 | icon 2531
İcra hakimiyyətindən oğurluq olunması xəbəri ilə bağlı - AÇIQLAMA

Bu gün bəzi KİV-lərdə Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanması ilə bağlı xəbərlər tirajlanıb.

Məsələ ilə bağlı Yevlax Rayon icra hakimiyyəti açıqlama yayıb. 

Azeripress.az-a Yevlax Rayon icra hakimiyyətindən verilən məlumata görə yayılan xəbər tam əsassızdır:

"Düzdür, bir neçə ay əvvəl icra hakimiyyətində buna oxşar hadisə baş verib. Belə ki, icra hakimiyyətinin sıravi əməkdaşlarından biri digərinin 500 manat məbləğində pulunu qeyri-müəyyən şəraitdə ələ keçirib. Hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində təqsirkar şəxs polis nəzarətinə götürülüb və hazırda işə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. Hazırda istintaq davam etdiyi üçün həmin əməkdaşların kimlikləri barədə məlumat verə bilmirik. 

Bir daha qeyd edirik ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanması xəbəri isə cəfəngiyyat və tam əsassız xəbərdir." 

 


Digər xəbərlər

0.2044689655304