İcra hakimiyyətindən oğurluq olunması xəbəri ilə bağlı - AÇIQLAMA
Bu gün bəzi KİV-lərdə Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanması ilə bağlı xəbərlər tirajlanıb.
Məsələ ilə bağlı Yevlax Rayon icra hakimiyyəti açıqlama yayıb.
Azeripress.az-a Yevlax Rayon icra hakimiyyətindən verilən məlumata görə yayılan xəbər tam əsassızdır:
"Düzdür, bir neçə ay əvvəl icra hakimiyyətində buna oxşar hadisə baş verib. Belə ki, icra hakimiyyətinin sıravi əməkdaşlarından biri digərinin 500 manat məbləğində pulunu qeyri-müəyyən şəraitdə ələ keçirib. Hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində təqsirkar şəxs polis nəzarətinə götürülüb və hazırda işə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. Hazırda istintaq davam etdiyi üçün həmin əməkdaşların kimlikləri barədə məlumat verə bilmirik.
Bir daha qeyd edirik ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanması xəbəri isə cəfəngiyyat və tam əsassız xəbərdir."
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...