Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür
Təhsil Nazirliyi fevralın 1-dən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının tibbi maskadan istifadəsinin məcburi olub-olmayacağına aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, məktəblərdə tibbi maskadan istifadə təhsilverənlər üçün məcburidir.
"Amma şagirdlər üçün tibbi maskadan istifadə könüllüdür", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.(report)
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...