“Şagirdlər fevralın 1-də isti siniflərdə tədrisə başlayacaqlar”

18:06 27-01-2021 | icon 2262
“Şagirdlər fevralın 1-də isti siniflərdə tədrisə başlayacaqlar”

“Fevral ayının 1-dən ibtidai siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək. V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək”.

Bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

 

O qeyd edib ki, fevralın 1-dən tədrisə başlayanda nəzərdə tutulan əsas işlərdən biri istilik sisteminə nəzarətlə bağlıdır: “Bu prosesi tənzimləyəcəyik və fevralın 1-də şagirdlərimiz isti siniflərdə tədrisə başlayacaqlar”.


Digər xəbərlər

0.25586700439453