AVRO-2023: Millimizin rəqibləri bəlli oldu
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Milan Obradoviçin başçılıq etdiyi komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
A qrupu: Xorvatiya, Avstriya, Norveç, Finlandiya, Azərbaycan, Estoniya
B qrupu: Almaniya, Polşa, İsrail, Macarıstan, Latviya, San Marino
C qrupu: İspaniya, Rusiya, Slovakiya, Şimali irlandiya, Litva, Malta
D qrupu: Portuqaliya, Yunanıstan, İslandiya, Belarus, Kipr, Lixtenşteyn
E qrupu: Niderland, İsveçrə, Bolqarıstan, Uels, Moldova, Cəbəllütariq
F qrupu: İtaliya, İsveç, İrlandiya, Bosniya və Herseqovina, Monteneqro, Lüksemburq
G qrupu: İngiltərə, Çexiya, Sloveniya, Albaniya, Kosovo, Andorra
H qrupu: Fransa, Serbiya, Ukrayna, Şimali Makedoniya, Farer adaları, Ermənistan
I qrupu: Danimarka, Belçika, Türkiyə, Şotlandiya, Qazaxıstan
Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...