Cüdoçularımız Türkiyə və Bolqarıstanla birgə hazırlıq keçəcək

23:37 29-01-2021 | icon 2138
Cüdoçularımız Türkiyə və Bolqarıstanla birgə hazırlıq keçəcək

Qadın və kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışından iştirak edəcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.

O bildirib ki, hər iki komandanın toplanışı Tokio Yay Olimpiya Oyunlarına hazırlıq planı çərçivəsində baş tutacaq.

Babanlının sözlərinə görə, hazırlıq prosesləri 1 - 11 fevralda olacaq. Qadınlar Ədirnədə Türkiyə və Bolqarıstan, kişilər isə Antalyada Türkiyə cüdoçuları ilə birgə məşq edəcəklər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 18 - 20 fevralda İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə mübarizə aparacaqlar.

 

Digər xəbərlər

0.31945204734802