İlham Əliyev yeni yarımstansiyaların açılışını edib
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.
Dövlət başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.
Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.
Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə salıb.
Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.
Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni “Xırdalan” yarımstansiyası da tikilib.
Prezident İlham Əliyev bu yarımstansiyanı da işə salıb.
Dövlət başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verilib.
Qeyd edilib ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin - 25 elektrik stansiyasını, 100-dən artıq yarımstansiyanı, o cümlədən “Azərişıq” ASC-nin idarəetmə mərkəzi ilə əlaqəni özündə əks etdirən məsafədən idarəolunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarətdir.
İşğaldan azad olunan torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. İndiyədək bu ərazilərdə görülən işlərə gəldikdə, Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təchizatı üçün “Tərtər” yarımstansiyasından “Suqovuşan” yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovoltluq elektrik verilişi xətti çəkilir. Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər mövcud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.
Görülən işlər sübut edir ki, pandemiya ilə əlaqədar 2020-ci ilin iqtisadi cəhətdən fərqli il olmasına baxmayaraq, Prezident İlham Əliyevin davamlı strategiyasına əsasən digər sahələrdə olduğu kimi, energetika sahəsində həyata keçirilən layihələr də təxirə salınmayıb.
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...