Millimiz Yunanıstana qarşı

11:34 02-02-2021 | icon 1704
Millimiz Yunanıstana qarşı

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Afinadakı Daiss İdman Sarayında baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik yığma top fərqinə görə birinci pillədə qərarlaşıb.

AÇ-nin seçmə mərhələsi

3-cü qrup

2 fevral

20:00. Yunanıstan - Azərbaycan

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland).

Afina. "Daiss" İdman Sarayı.


Digər xəbərlər

0.2609601020813