Lənkəranda ucqar dağ kəndində məktəbin açılışı olub
Lənkəran rayonunun ucqar dağlıq ərazisində yerləşən Gəgiran kənd tam orta məktəbi üçün tikilmiş 264 yerlik yeni tədris binası istifadəyə verilib.
Xüsusi karantin qaydalarına riayət edilməklə keçirilən açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, yerli icra strukturların əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri və ağsaqqallar, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Açılışdan əvvəl İcra başçısı kənd qəbirstanlığına baş çəkərək torpaqlarımızın azadlığı uğrundan canlarından keçən şəhidlərə ehtiramını ifadə edib, onların ruhlarına dualar oxuyub.
Məktəbin açılışını bildirən qırmızı lent kəsildikdən sonra ümumtəhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.
Daha sonra İcra başçısı T.Qaraşov Vətən müharibəsi şəhidlərinin valideynləri ilə görüşərək onların dərdinə şərik olub, qayğıları ilə maraqlanıb.
Söhbət əsnasında hər bir şəhid ailəsinin arzu və diləkləri həssaslıqla dinlənilərək, mümkün olan köməyin göstəriləcəyi bildirilib.
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...