“Nar” sosial izolyasiya dövründə təhsilə dəstək olmağa davam edir
Ölkədə təhsilin inkişafına xüsusi önəm verən “Nar” pandemiya dövründə də alternativ kanallarla təhsilinə davam edən tələbə və şagirdlərə öz dəstəyini göstərir. Belə ki, mobil operator Təhsil Nazirliyinin xüsusi layihəsi olan və sosial izolyasiya dövründə internetə çıxışı məhdud olan şagirdlər üçün TV üzərindən canlı dərslər yayımlayan “Dərs vaxtı” proqramını rabitə dəstəyi ilə təmin edir.
Proqramda məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunur və bu teledərslər şagirdlərə ölkənin istənilən yerindən ən təcrübəli müəllimlərin izahı ilə mövzuları öyrənmək üçün unikal imkan yaradır. Dərsləri həftəiçi hər gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında izləmək mümkündür. Gündəlik dərs cədvəli ilə burada tanış ola bilərsiniz.
Xatırladaq ki, “Nar” pandemiya dövründə təhsilin davamlılığına dəstək məqsədilə sərfəli “TƏHSİL+” internet paketini təqdim edib ki, bu da şagird və tələbələrin, eləcə də müəllimlərin onlayn dərslərə daha rahatlıqla qoşula bilməsinə imkan yaradır.
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...