Sumqayıtda vəzifəli şəxs cərimələnib
Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkına yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və “Flame MTK” MMC tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub.
O qeyd edib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və tikinti aparılan yerdə yaşıllıqların olmadığı müəyyən edilib: "Aparılan araşdırma zamanı yaşayış obyektinin tikintisinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan aparıldığı aşkar edilib.
Faktla bağlı MMC-nin məsul şəxsi Vüqar Səmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 500 manat məbləğində cərimə olunub. Ətrafdakı ağacların qorunub saxlanması və tikintiyə ekoloji ekspertiza rəyinin alınması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib”.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...