“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz” - TƏBİB nümayəndəsi
“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.
Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: “Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. Ona görə də TƏBİB nümayəndəsinin açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.
Həmçinin qeyd edək ki, dəfələrlə sosial şəbəkələrdə vətəndaşlar yanlarında adam olmadığı halda maska taxmadıqlarına görə polis tərəfindən cərimələndiklərini bildiriblər.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...