Vətən müharibəsi şəhidinin xatirəsinə beynəlxalq yarışın qalibləri bilindi
Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə beynəlxalq Zəfər Kubokuna yekun vurulub.
Zəfər Kubokunun baş hakimi Fidan Talıbovanın verdiyi məlmata görə, iki gün davam edən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan ümumilikdə 118 şahmatçı iştirak edib.
Böyüklər arasında kişilərin yarışında qalib 7 xal toplayan Kənan Qarayev olub. Qadınların mübarizəsində isə Şəms Fərzəli hamını üstələyib.
Zəfər Kubokunda aşağı yaş qrupları üzrə də mübarizənin qalibləri müəyyənləşib.
Turnirin Qalibi
1. Kənan Qarayev - 7 xal
2. Mustafa Can (Türkiyə) - 6 xal
3. Rəvan Uğuzov - 6xal
Qızlar arasında
1. Şəms Fərzəli - 5 xal
2. Xanım İsmayılova - 5 xal
3. Gülsənəm Ağayeva - 5 xal
8 Yaş
1. Əsnad Baxşızadə
2. Fatimə Mirzəliyeva
3. Səfa Hümbətov
10 yaş
1. Suat İbrahimli
2. Murad Rzayev
2. Ekin Hanifə Çağlayan (Türkiyə)
12 yaş
1. Yunus Mahmudzadə
2. Şəmsəddin Mehdiyev
3. Cavad Xəlilzadə
Qeyd edək ki, əslən Quba rayonunun Alekseyevka kəndindən olan Ülvü Məmmədov Vətən müharibəsindən bir həftə öncə təlimlərə qoşulub. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ü.Məmmədov oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Beynəlxalq Zəfər Kuboku Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Quba Gənclər və İdman İdarəsi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...