Akademik Arif Paşayevin doğum günüdür
Bu gün Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günüdür. Visiontv.az xatırladır ki, Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olub. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə təhsil alan A.Paşayev 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb.
Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradaraq seriya ilə istehsala buraxıb.
Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib, beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub, bir sıra sənaye müəssisələrində tətbiq edilib.
Görkəmli alim 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant oub, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb. A.Paşayev fizika-riyaziyyat elmləri doktorudur.
Akademik 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb.
Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olan akademik Arif Paşayev elm sahəsindəki yüksək xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilib. O, Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb. Ölkə başçısının sərəncamı ilə A.Paşayev “İstiqlal” Ordeni ilə təltif olunub.
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...