AFFA-da Vüqar Nadirova vəzifə verildi

04:03 17-02-2021 | icon 1830
AFFA-da Vüqar Nadirova vəzifə verildi

Veteran futbolçu, "Qarabağ" və millimizin sabiq üzvü Vüqar Nadirov MFL-in direktoru təyin olunub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.

Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.


Digər xəbərlər

0.30515193939209