"Barselona" darmadağın oldu, "Liverpul" inamlı qələbə qazandı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. Ilk oyun günündə iki qarşılaşma keçirilib. Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşib. “Barselona” "Nou Kamp"da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Hərçənd, hesabı meydan sahibləri açıb. Lionel Messi 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, ardıcıl 17-ci təqvim ilində Avropanın ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.
Lakin "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub. Gecənin digər qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olub. Koronavirus səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılıb. Bu görüşdə də nominal qonaq komanda qələbə qazanıb - 2:0. 53-cü dəqiqədə Məhəmməd Salah, 58-ci dəqiqədə isə Sadio Mane fərqlənib. Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 16 fevral 24:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2 Qol: Məhəmməd Salah, 53. Sadio Mane, 58
24:00. “Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4
Qollar: Lionel Messi, 28 (pen.) - Kilian Mbappe, 32; 65; 85. Moyze Kin, 70
Qeyd edək ki, cavab görüşləri martın 10-da keçiriləcək.
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...