Millimiz Moldovanı məğlub etdi

01:34 24-02-2021 | icon 1783
Millimiz Moldovanı məğlub etdi

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Siyasətinfo"  Əsgərovun çalışdırdığı komanda Moldova seçməsi ilə üz-üzə gəlib.

Bakıdakı “ASK Arena”da keçirilən görüşün taleyini bir qol həll edib. Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qol yığmamıza qələbə qazandırıb.

 

Son olaraq bir neçə gün öncə İspaniya yığmasına 0:13 hesabı ilə uduzan millimiz yer aldığı D qrupunda bu oyuna qədər xal qazana bilməmişdi və sonuncu – 5-ci pillədə qərarlaşmışdı. Son oyundakı qələbə də yığmamızın mövqeyinə təsir etməyib. Belə ki, komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.

AÇ-nin seçmə mərhələsi
D qrupu
23 fevral

Azərbaycan – Moldova 1:0
Qol: Aysun Əliyev, 46.
Bakı. “ASK Arena”.

 

 
 
 

Digər xəbərlər

0.27940988540649