Polşada III Avropa Oyunları ilə bağlı problem yarandı
Polşanın Krakov və Malopolye regionunun 2023-cü il III Avropa Oyunlarına ev sahibliyi etməsinə dair öhdəliyini nəzərdə tutan müqavilə hələ bağlanılmayıb.
Yerli rəsmilər bunun üçün Polşa hökumətinin əlavə dəstəyinə ehtiyac duyduqlarını açıqlayıblar.
Şəhər meriyasından bildirilib ki, hökumətin lazımi infrastruktura subsidiya ayıracağı təqdirdə Oyunları təşkil etməyə razılaşacaqlar. Lakin Polşa baş nazirinin müavini Yatsek Sasin deyib: "Oyunların təşkilatçı hökumət yox, Krakovdur".
Dalandan çıxacağı ümidi ilə Avropa Olimpiya Komitəsi (EOC) gələn ay Polşaya nümayəndə heyəti göndərəcək. EOC təşkilatçılarla sıx əməkdaşlıq etdiklərini və müqavilənin tezliklə bağlanılacağına əminliklərini vurğulayıb.
Yerli mətbuat isə Avropa Oyunlarının Polşanın digər regionu Sileziyaya keçirilməsinin mümkünlüyünü yazıb. Qeyd edək ki, 2019-cu ildə uşaqlar arasında "Eurovision" mahnı müsabisəqi Krakovda təşkil edilməli olsa da, Sileziyanın Qlivitse şəhərinə keçirilib. Bu qərar maliyyələşmə ilə bağlı mübahisələr üzündən qəbul edilib.
İlk Avropa Oyunlarına 2015-ci ildə Bakı, ikincisinə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...