Münaqişənin güc yolu ilə həlli qaçılmaz idi

13:32 27-02-2021 | icon 1730
Münaqişənin güc yolu ilə həlli qaçılmaz idi

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı
başladığı əks-hücum əməliyyatında əldə etdiyi Möhtəşəm qələbə tarixdə və xalqımızın
yaddaşında əbədi olaraq qalacaqdır.Uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş
Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu
strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.


Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş
qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi,
onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə
müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını
döyüşdə sübuta yetirdilər.


Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq,
torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi
bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar" - deyən
Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün
daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli
mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!


Prezident İlham Əliyev:”Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan
torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik.”


Bu gün Azərbaycan üçün yeni bir dönəm başlayır, bu dönəmdə də uğurlar bizimlə
olacaq, çünki biz dəmir yumruqda birləşən 10 milyonuq, çünki biz Azərbaycanıq, çünki
bizim İlham Heydər oğlu Əliyev kimi Ali Baş Komandanımız var. 44 günə Qələbə çalan
ordumuz var, şəhidlərimiz, qazilərimiz, ürəyi Azərbaycanla döyünən insanlarımız var.
Biz artıq alnıaçıq, üzüağ, şəhid analarının gözünün içinə baxa biləcəyik. Bu günlər bizə
böyük bir çətinliklər və fədakarlıqlarla başa gəldi. Ən böyük fədakarlığı isə Şəhidlərimiz
edib. Mən onların ruhu və onların ailələri qarşısında baş əyirəm. Əsgər qardaşlarıma
sonsuz minnətdarlıq edirəm, sonda Ali Baş Komandanıma deyirəm ki , Qarabağ adlı bir
gün, Qarabağ adlı zəfər üçün Tarix yazan Sərkərdə, Azərbaycan xalqının Fatehi,
Ümummilli liderimizin vəsiyyətini yerinə yetirən oğul və hər birimizin Prezidenti! Adətən
böyüklərin əllərindən, kiçiklərin isə gözlərindən öpərlər. Mən isə Cənab Prezident sizin
dəmir yumruğunuzdan öpürəm.!


Günel Yaqubova

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.24779796600342