Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
“106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb”.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
İdarədən bildirilib ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...