Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir

15:05 03-03-2021 | icon 1841
Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir

Ermənistan Türkiyəyə qarşı tarixən düşmənçilik etmiş, bu ölkəyə qarşı qarayaxma
kompaniyasından istifadə edərək istər dünya birliyində, istərsə də daxildə Türkiyəyə
qarşı geniş düşmənçilik kompaniyası aparır. Ermənilərin Osmanlı dövlətlərinə qarşı
xəyanətləri haqqında qalaq-qalaq sənədlər olmasına baxmayaraq onlar özlərini yazıq
bir xalq kimi göstərərək türklərin onlara qarşı soyqırımı apardığını təbliğ edirlər.
Bütün bunlar azmış kimi, 1914-1920 - cı illərdə xalqımıza qarşı misli görünməmiş
soyqırımını həyata keçirərək Şamaxıda, Bakıda, Zəngəzurda, Salyanda, Lənkəranda və
digər bölgələrdə kütləvi qətliyamlar törətmişlər.

Ermənilər II Qarabağ savaşından əvvəl Türkiyəyə qarşı ərazi iddiaları edərək
Sever müqaviləsinə yeidən baxılmalıdır deyərək, çıxışlar edirdilər. Ümumiyyətlə onlar
nəinki Türkiyə və Azərbaycana eyni zamanda, Gürcüstana və Rusiyaya qarşı ərazi
iddiaları qaldrırlar.

Ermənilər xarici ölkələrdə də öz mənfur missiyalarını, çirkin əməllərini öz lobbiləri
vasitəsi ilə həyata keçirir, dünya xalqlarını türk millətinə qarşı qaldırırlar. Lakin uzun illər
ərzində işğal etdikləri əzəli və tarixi azərbaycan torpaqları olan Qarabağ cənab
Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin mənəvi
dəstəyi ilə erməni faşistlərindən təmizləmişdir.

Erməni yalanlarına dunya dövlətləri artıq inanmır.


Əhmədağa Əliyev
Saatlı rayon Dədə Qorqud kənd tam orta məktəbin direktoru


Digər xəbərlər

0.26541805267334