Yeni YAPılanmada onlara yer olmadı...

12:41 06-03-2021 | icon 1823
Yeni YAPılanmada onlara yer olmadı...

Yeni Azərbaycan Partiyası islahatlara gedərək özünə yeni səhifə açıb. Bunun nəticəsi kimi YAP-ın VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb.

Əvvəlkindən fərqli olaraq, yeni İdarə Heyəti üzvlərinin sayı artırılıb. 

Belə ki, əvvəlki İdarə Heyətində 20 partiya üzvü yer alırdısa, bu gün keçirilən qurultaydan sonra onların sayı 40-a yüksəlib.

 

Maraqlıdır ki, köhnə İdarə Heyətinin yarıdan çoxunun adı partiyanın yeni səhifəsinə yazılmayıb.

Bunlar:

Hacıbala Abutalıbov, (Bakının sabiq meri), 

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini, 

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru,

Akif Əlizadə - AMEA-nın sabiq prezidenti

Əli Həsənov - Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri

Əli Həsənov - Sabiq "Qaçqınkom" sədri

Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri, 

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, 

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı, 

Abel Məhərrəmov - BDU-nun sabiq rektoru

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, 

Onu da bildirək ki, YAP-ın VII qurultayında Veteranlar Şurası yaradılıb. Bu şuraya 80 yaşlı Arif Rəhimzadə sədr seçilib.

Bundan əvvəlki İdarə Heyətində olan Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı, Eldar İbrahimov, Əli Əhmədov, Arif Rəhimzadə,  Mübariz Qurbanlı, Bahar Muradova, Mixail Zabelin və Vasif Talıbov yeni İdarə Heyətində yer alıb.

İdarə Heyətinin yeni üzvlərinə gəlincə, bunlar aşağıdakılardır:

Amin İsmayılov,  Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Hikmət Məmmədov, Azər Badamov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Cavid Osmanov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Tahir Mirkişili, Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Vazeh Əsgərov, Ramin Məmmədov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Şahin İsmayılov, Rövşən Bayramov, Bayram Aslanov və Kamal Cəfərov.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın sədri İlham Əliyev bir neçə təyinat həyata keçirib. Dövlət başçısının sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib. Yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək. 


Digər xəbərlər

0.22186517715454